Ümumi qaydalar və şərtlər
FLY PREMIUM Travel veb-səhifəsindən istifadə etməklə siz aşağıdakı “Şərtlərə” və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tənzimlənən bütün mövcud qanun və qaydalara riayət edəcəyinizi açıq şəkildə bildirirsiniz.

Ticarət nişanları
FLY PREMIUM Travel veb-səhifəsində olan loqotiplər FLY PREMIUM Travel veb-səhifəsinə məxsus qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır və heç bir halda FLY PREMIUM Travel şirkətinin qabaqcadan yazılı icazəsi olmadan istifadə edilə bilməz.

Müəlliflik hüququ
Bu veb-səhifənin məzmunu və proqram təminatı FLY PREMIUM Travel şirkətinin mülkiyyəti hesab olunur və müəlliflik hüquqları ilə qorunur. Bu qayda və şərtlərin məhdud lisenziya təminatında açıq şəkildə ifadə olunanlar istisna olmaqla, yerdə qalan heç bir halda FLY PREMIUM Travel öz ticarət nişanları, müəlliflik hüquqları və ya digər özəl məlumatları ilə bağlı hər hansı zidd ifadə və ya nəzərdə tutulan hüquqa yol vermir.

Qeyd: Veb-səhifədəki hər hansı robot, hörümçək və ya digər avtomatlaşdırılmış cihazdan icazəsiz istifadə daxil olmaqla, və bundan savayı, veb-səhifəsində qanunsuz və/və ya icazəsiz istifadə araşdırılacaq və buna qarşı müvafiq qanuni tədbirlər görüləcəkdir.