I. Şəxsi məlumatdan necə istifadə edirik
Sizin şəxsi məlumatlar bu Məxfilik Siyasəti və YouTour.az veb-səhifəsinin təşkilatçı və ya məkanla müqavilə əlaqələrinə əsasən xüsusi tədbirlə bağlı aldığınız biletlər üçün yalnız YouTour.az ilə paylaşılır. Şəxsi məlumatlarınız veb-səhifədə apardığınız əməliyyatlarla bağlı lazım olduqda tərəfimizdən sizinlə telefon və ya elektron poçt vasitəsi ilə əlaqə saxlamaq üçün istifadə olunur. Apardığınız əməliyyatlarla əlaqədar olmayan məlumatlarla bağlı tam razılığınız olmadan şəxsi məlumatlarınızdan istifadə edilməyəcək və üçüncü tərəfə ötürülməyəcək.

II. Veb brauzer kukiləri
Veb-səhifəmiz istifadəçi təcrübəsini artırmaq üçün “kukilər”dən istifadə edir. İstifadəçinin veb brauzeri həmin kukiləri qeyd edib saxlamaq məqsədilə, o cümlədən bəzən onlar barədə məlumatı izləmək məqsədilə onları sərt diskə yerləşdirir. İstifadəçi kukilərdən imtina etmək üçün öz veb brauzerini tənzimləməyi və ya təyin etməyi seçə bilər, ya da kukilərin göndərildiyi zaman bu barədə xəbərdar edilməsini seçə bilər. Bunu edərkən nəzərə alın ki, veb-səhifənin bəzi hissələri lazımi şəkildə işləməyə bilər.